Menyu

Yasamalda məişət tullantıları olan ərazidə yanğın baş verib

Nərmin Qocamanlı
Yasamalda məişət tullantıları olan ərazidə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində məişət tullantılarının yanması barədə məlumat daxil olub. 

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlaqəli Xəbərlər