Liman şəhərinin Baş planı təsdiq edilib
Əsəd Abbaslı
"Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı" təsdiq edilib.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifinə əsasən qəbul olunub.
Qeyd edək ki, Baş planın detalları yaxın zamanda açıqlanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net