DÇ-2026: Azərbaycan millisi Ukrayna ilə heç-heçə etdi
Əziz Əzizli
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyuna çıxıb.
Operativ Media xəbər verir ki, yığma Bakıda Ukrayna millisini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycan yığması seçmə mərhələdə ilk oyunda İslandiyaya uduzub – 0:5. Ukrayna isə Fransaya məğlub olub – 0:2.
Teqlər:
"D\u00c7-2026: Az\u0259rbaycan millisi Ukrayna il\u0259 he\u00e7-he\u00e7\u0259 etdi"