Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu
Əziz Əzizli
Xorvatiya kubokunda 2-ci raundun oyunları keçirilib.
Operativ Media xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin komandası “Varajdin” də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə qarşılaşdığı “Qay” komandasını 7:1 hesabıyla məğlub edərək mərhələ adlayıb. Rüfət start heyətdə başladığı matçın 66-cı dəqiqəsində əvəzlənib. Komandasının ilk qolunu da 12-ci dəqiqədə Rüfət vurub.
Qeyd edək ki, bu, Abdullazadənin “Varajdin”də vurduğu ilk qoldur.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 futbol\u00e7u Xorvatiyada ilk qolunu vurdu"