24 Fevral 2023, 18:47
Zelenski hərbçilərə müraciət edib: “Sizinlə fəxr edirəm”
Zelenski hərbçilərə müraciət edib: “Sizinlə fəxr edirəm” şəkil
Zelenski hərbçilərə müraciət edib: “Sizinlə fəxr edirəm”

Ukraynanın paytaxtı Kiyevdə müharibənin birinci ildönümü qeyd olunub.

"Operativ Media" xəbər verir ki, bu münasibətlə keçirilən təntənəli mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

Zelenski hər kəsi Ukraynanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları yad etmək üçün bir dəqiqəlik sükuta çağırıb.

Bir dəqiqəlik sükutdan sonra Ukrayna lideri əsgərlərə və həlak olanların ailələrinə mükafatlar təqdim edib.

Daha sonra Zelenski hərbçilərə müraciət edib:

“Hamımızın, o cümlədən Ukraynanın mövcud olub-olmaması sizin ixtiyarınızdadır. Şiddətli bir il keçirən və Ukraynanın sarsılmaz olmasını təmin edən hər kəsə təşəkkür edirəm”.

Ukrayna kanalları mərasimi canlı yayımlayıb.

Son xəbərlər
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı