ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Ticarət Nazirliyi 76 Rusiya təşkilatına, 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
"Operativ Media" xəbər verir ki, ABŞ Rusiya istehsalı olan məhsullarta yeni ixrac məhdudiyyətləri tətbiq edib.
Rusiyanın metallurgiya sektoru, dağ-mədən sənayesi ilə məşğul olan müəssisələri və bəzi bankları sanksiyalar siyahısına salınıb. Onların arasında Moskva Kredit Bankı, MTS Bank, “Uralsib”, “Zenit” və “Sankt-Peterburq” bankları da var.
Eyni zamanda Rusiyanın idman naziri Oleq Matıçin, əmək və sosial müdafiə naziri Anton Kotyakov və fövqəladə hallar naziri Aleksandr Kurenkova qarşı da sanksiyalar tətbiq olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net