KİV: “DeFacto” Azərbaycandakı mağazalarını bağlayır
Nərmin Qocamanlı
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir.
Operativ Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.
İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.
Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribyutoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net