Menyu

UEFA Gənclər Liqası: "Benfika" - "Qarabağ" oyunu şimali irlandiyalı hakimlərə tapşırıldı

Əziz Əzizli
UEFA Gənclər Liqası: "Benfika" - "Qarabağ" oyunu şimali irlandiyalı hakimlərə tapşırıldı

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Operativ Media-nın məlumatına görə, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək

FIFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Teqlər:

"UEFA G\u0259ncl\u0259r Liqas\u0131: \"Benfika\" - \"Qaraba\u011f\" oyunu \u015fimali irlandiyal\u0131 hakiml\u0259r\u0259 tap\u015f\u0131r\u0131ld\u0131"

Əlaqəli Xəbərlər