Menyu

Sürücülük vəsiqəsi ilə bağlı qaydalara dəyişiklik edilib

Redaksiya 24981 baxış
Sürücülük vəsiqəsi ilə bağlı qaydalara dəyişiklik edilib

Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.

Teqlər:

"S\u00fcr\u00fcc\u00fcl\u00fck v\u0259siq\u0259si il\u0259 ba\u011fl\u0131 qaydalara d\u0259yi\u015fiklik edilib"

Əlaqəli Xəbərlər