Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibə nəticələri elan olunub
Əsəd Abbaslı
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Operativ Media-ya Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər:
"Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq".
Teqlər:
"M\u00fc\u0259lliml\u0259rin sertifikasiya imtahan\u0131 \u00fczr\u0259 m\u00fcsahib\u0259 n\u0259tic\u0259l\u0259ri elan olunub"