Menyu

Nazir: Şagirdlər oxuduqlarını anlamaqda çətinlik çəkirlər

Nərmin Qocamanlı
Nazir: Şagirdlər oxuduqlarını anlamaqda çətinlik çəkirlər

2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev dərsliklərlə bağlı problemlərə diqqət çəkib.

Operativ Media-nın xəbərinə görə, nazir bildirib ki, Azərbaycan tarixi dərslərində istifadə olunan mətnlər uşaqların nitqinə uyğun deyil və cümlələr həddindən artıq uzun qurulub.

O, həmçinin vurğulayıb ki, Azərbaycan dili dərslərində çox sayda qaydalar olsa da, əsas çatışmazlıq oxuyub-anlama bacarığının olmamasıdır. Nəticədə şagirdlər oxuduqlarını anlamaqda çətinlik çəkirlər.

"Bunları dəyişmək üçün mütəxəssis lazımdır. Dərsliklər hər hansı mütəxəssisin arzusu əsasında hazırlanmamalıdır”, - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər