Menyu

Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxlayıb

Nərmin Qocamanlı
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxlayıb
1 dəq oxu

Nizami rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Bu barədə zərərçəkənlər polisə məlumat veriblər.
 
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.Süleymanova və N.Abdullayev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər