Menyu

Nəsimi rayonunda polis daha üç kuryeri 17 kq narkotiklə saxlayıb

Nərmin Qocamanlı
Nəsimi rayonunda polis daha üç kuryeri 17 kq narkotiklə saxlayıb

Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə *17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin* aşkarlanaraq götürülüb. 

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.  
 
Faktlarla bağlı araşdırmalar aparılır.
 
*Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəli şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.*

Teqlər:

"N\u0259simi rayonunda polis daha \u00fc\u00e7 kuryeri 17 kq narkotikl\u0259 saxlay\u0131b"

Əlaqəli Xəbərlər