Menyu

Nəsimi rayonunda telefon və skuter oğruları saxlanılıb

Nərmin Qocamanlı
Nəsimi rayonunda telefon və skuter oğruları saxlanılıb

Sentyabrın 11-i Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən  N.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər