Menyu

Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıb

Şəfa Hüseynli
Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıb
1 dəq oxu

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.

Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər