Menyu

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Teqlər:

"AFFA r\u0259smisi \u201cBavariya\u201d \u2013 \u201c\u00c7elsi\u201d oyununa t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər