Menyu

Azərbaycan kuboku 2025/26: qadın və kişi komandalarının rəqibləri müəyyənləşdi

Əziz Əzizli
Azərbaycan kuboku 2025/26: qadın və kişi komandalarının rəqibləri müəyyənləşdi

Həndbol üzrə Azərbaycan kuboku yarışlarının 2025-2026-cı il mövsümünün püşkü atılıb.

Operativ Media xəbər verir ki, ümumilikdə 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”) və eyni sayda kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Kür”, “Qarabağ”, “Təhsil”) komandalarının qatılacağı yarışa 1/4 final mərhələsindən start veriləcək. Bu mərhələdə kişilərin yarışında “Qarabağ” “Azəryol”la, “Təhsil” “Dinamo” ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə “Təhsil” - “Qarabağ” və “İdman Akademiyası” - “Bakı” matçları keçiriləcək.

Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıblar.

Teqlər:

"Az\u0259rbaycan kuboku 2025\/26: qad\u0131n v\u0259 ki\u015fi komandalar\u0131n\u0131n r\u0259qibl\u0259ri m\u00fc\u0259yy\u0259nl\u0259\u015fdi"

Əlaqəli Xəbərlər