Menyu

"Qarabağ"ın sabiq məşqçisi İngiltərə klubundan qovuldu

Əziz Əzizli
"Qarabağ"ın sabiq məşqçisi İngiltərə klubundan qovuldu
1 dəq oxu

İngiltərənin “Şeffild Yunayted” klubunda baş məşqçi Ruben Selles ilə yollar ayrılıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis Çempionşipdə uğursuz çıxışa görə istefaya göndərilib.

“Şeffild Yunayted” 5 turdan sonra 1 xalla sonuncu – 24-cü sıradadır.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da işləyib.

Əlaqəli Xəbərlər