Menyu

Əfqanıstan və Pakistan arasındakı Torkham sərhəd keçid məntəqəsi yenidən açılıb

Nərmin Qocamanlı
Əfqanıstan və Pakistan arasındakı Torkham sərhəd keçid məntəqəsi yenidən açılıb

Əfqanıstan və Pakistan arasında təxminən bir həftədir bağlı olan Torkham Sərhəd Qapısı yenidən keçidlərə açılıb.

"Operativ Media" xəbər verir ki, Əfqanıstan mətbuatında yer alan xəbərə görə, sərhəddəki Nangerhar əyalətinin Mədəniyyət və İnformasiya direktoru Nur Məhəmməd Hənif mövzu ilə bağlı açıqlama verib.

Hənif dünən qismən açılan Torkham Sərhəd Qapısının bu səhər yerli vaxtla saat 06:00-dan etibarən sərnişin və ticarət keçidlərinə tamamilə açıldığını bildirib.

Qeyd edək ki, sərhəd keçidi fevralın 19-dan bağlı idi.

Teqlər:

"Əfqanıstan Pakistan arasındakı Torkham sərhəd keçid məntəqəsi yenidən açılıb"

Əlaqəli Xəbərlər