Menyu

Toral Bayramov: “Bu, futbol tariximin ən unudulmaz oyunlarından biri idi”

Əziz Əzizli
Toral Bayramov: “Bu, futbol tariximin ən unudulmaz oyunlarından biri idi”

“Bu, futbol tariximin ən unudulmaz oyunlarından biri idi”.

Operativ Media xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının qrup mərhələsində “Benfika”ya qarşı keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

O, hesabda geriyə düşdüklərində də özlərinə inandığını bildirib.

“Bu elə bir oyundur ki, onu sözlərlə ifadə etmək mümkün deyil. Həm komandamızın, həm də mənim futbol tariximin ən yaddaqalan görüşlərindən biri oldu. Bəlkə də 0:2 hesabı ilə geriyə düşəndən sonra çoxları bizə inanmırdı. Amma biz özümüzə güvəndik və bacardıq. İnşallah, qələbələrimizin davamı gələcək”.

Teqlər:

"Toral Bayramov: \u201cBu futbol tariximin \u0259n unudulmaz oyunlar\u0131ndan biri idi\u201d"

Əlaqəli Xəbərlər