Menyu

"Benfika"nın ukraynalısı: "Qarabağ"ın hər hücumu komandamız üçün təhlükəli oldu

Əziz Əzizli
"Benfika"nın ukraynalısı: "Qarabağ"ın hər hücumu komandamız üçün təhlükəli oldu

"Benfika"nın futbolçusu Georgi Sudakov UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Qarabağ"la matçından (2:3) sonra Portuqaliya mətbuatına açıqlama verib.

Operativ Media xəbər verir ki, "Sport TV"yə danışan ukraynalı yarımmüdafiəçi Azərbaycan çempionunun hər hücumunun təhlükəli olduğunu bildirib:

"Çətin idi. Böyüməli və başımızı qaldırmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. "Qarabağ" çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox".

Teqlər:

"\"Benfika\"n\u0131n ukraynal\u0131s\u0131: \"Qaraba\u011f\"\u0131n h\u0259r h\u00fccumu komandam\u0131z \u00fc\u00e7\u00fcn t\u0259hl\u00fck\u0259li oldu"

Əlaqəli Xəbərlər