Menyu

"Qarabağ" UEFA reytinqində irəlilədi

Əziz Əzizli
"Qarabağ" UEFA reytinqində irəlilədi

“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.

Operativ Media xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub. 

Siyahı qurumun saytında yayımlanıb.

Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.

Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Teqlər:

"\"Qaraba\u011f\" UEFA reytinqind\u0259 ir\u0259lil\u0259di"

Əlaqəli Xəbərlər