"İnter Mayami" hücumçu Lionel Messi ilə yeni uzunmüddətli müqavilə imzalamağı müzakirə edir.
Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, hələ də bəzi detalları razılaşdırmaq lazımdır. 38 yaşlı argentinalı ilə müqavilənin tezliklə imzalanacağı, daha sonra təsdiqlənməsi üçün MLS-ə göndəriləcəyi gözlənilir.
Hücumçu 2023-cü ilin iyul ayından "İnter Mayami"də çıxış edir. Onun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
2025-ci il mövsümündə Messi bütün yarışlarda 29 matçda 23 qol vurub və 11 məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.