Ana səhifə / İdman / Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli olub Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli olub 19.09.2025, 10:57 Şəfa Hüseynli Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb. Operativ Media xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Rodin" komandasından irlandiyalı pilot Dunne Aleks göstərib. DAMS-ın amerikalı pilotu Krauford Cek ikinci, "Hiteç”in isveçli sürücüsü Dino Beqanoviç üçüncü olub. Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq. Teqlər: "Bak\u0131da Formula 2 \u00fczr\u0259 s\u0259rb\u0259st y\u00fcr\u00fc\u015f\u00fcn qalibi b\u0259lli olub" Fotogalereya