Ana səhifə / İdman / Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib - YENİLƏNİB Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib - YENİLƏNİB 19.09.2025, 13:10 Əziz Əzizli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib. Operativ Media-nın məlumatına görə, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb. Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq. *** 12:52 Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb. Operativ Media-nın məlumatına görə, buna səbəb trasın üzərində maneənin olmasıdır. Nəticədə qırmızı bayraq qaldırılıb. Problem həll ediləndən sonra sessiya davam etdiriləcək. Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq. Teqlər: "Az\u0259rbaycan Qran-prisind\u0259 birinci s\u0259rb\u0259st y\u00fcr\u00fc\u015f davam etdirilib - YEN\u0130L\u018fN\u0130B"