17 Oktyabr 2022, 08:59
Ruslar pilotsuz təyyarələrlə Kiyevə hücum etdi

Səhər saatlarından ruslar kamikadze pilotsuz təyyarələrlə Ukraynanın paytaxtına hücum edib.
"Operativ Media" Urayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
"Bizə daha çox hava hücumundan müdafiə sistemi lazımdır və mümkün qədər tez. Yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı müdafiə etmək və düşməni məhv etmək üçün daha çox silah. Hazırda ruslar kamikadze pilotsuz təyyarələrlə Kiyevə hücum edir" - o bildirib.