"Qarabağ"ın futbolçusu ÇL-in rəmzi komandasına seçildi
Əziz Əzizli
UEFA Çempionlar Liqasının həftənin ən yaxşı oyunçularından ibarət rəmzi komandası müəyyənləşib.
Operativ Media xəbər verir ki, komandada müxtəlif klubların parlaq çıxış edən futbolçuları yer alıb. Hücum xəttində “İnter”in oyunçusu Marko Tiram və “Bavariya”nın hücumçusu Harri Keyn seçilib.
Yarımmüdafiədə “Mançester Yunayted”dən Markus Raşford, “Brügge”dən Hans Vanaken, “Qarabağ”dan Pedro Bikalyo və “Sportinq”dən Trincao qərarlaşıb.
Müdafiə xəttində “Slaviya Praqa”dan Mboji, “Liverpul”dan Vircıl van Deyk, Kiprin “Pafos” klubundan Luckassen və “Atletiko Madrid”dən Llorente yer alıblar.
Qapını isə “Marsel”in qapıçısı Jeronimo Rulli qoruyur.
Beləliklə, bu həftənin rəmzi komandasında Azərbaycan təmsilçisi “Qarabağ”ın futbolçusu Pedri Bikalyo da öz yerini tapıb. Bu, Ağdam klubunun tarixi uğurları sırasında xüsusi diqqət çəkən göstəricilərdən biridir.