Ana səhifə / İdman / Formula 1 Bakı Qran-Prisində sıralama turu başa çatdı Formula 1 Bakı Qran-Prisində sıralama turu başa çatdı 20.09.2025, 18:15 Əziz Əzizli Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. Operativ Media-nın məlumatına görə, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub. Ən yaxşı nəticəyə "Red Bull"dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq. Teqlər: "Formula 1 Bak\u0131 Qran-Prisind\u0259 s\u0131ralama turu ba\u015fa \u00e7atd\u0131"