Azərbaycan PL: Mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının V turunda 18 qol vurulub.
Operativ Media xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub.
Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.
Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.
Qeyd edək ki, V turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
Teqlər:
"Az\u0259rbaycan PL: M\u00f6vs\u00fcm\u00fcn m\u0259hsuldarl\u0131q rekordu qeyd\u0259 al\u0131n\u0131b"