"Liverpul"un hücumçusu Yuqo Ekitiike transfer dəyərinə əhəmiyyət vermədiyini bildirib.
Operativ Media xəbər verir ki, fransız futbolçu bu yay 90 milyon avroya "Ayntraxt Frankfurt"dan İngiltərə klubuna keçib.
"Mən transfer dəyərinə əhəmiyyət vermirən. Bütün diqqətimi oyunuma yönəldirəm. Başqaları transferimin dəyərindən danışa bilər, bundan qaçış yoxdur. Amma futbol dəyişib. "Liverpul" mənim seçimimdir, bura gəlmək istəyirdim. Buranın mənim üçün doğru yer olduğunu bilirdim və düşünmürəm ki, səhv etməmişəm".
23 yaşlı hücumçu "Liverpul"un heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Onun mersisayd klubu ilə müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Şəkil Qalereyası


