Menyu

III MDB Oyunlarında iştirak edəcək Belarusun stolüstü tennis komandası Azərbaycana gəlib

Əziz Əzizli
III MDB Oyunlarında iştirak edəcək Belarusun stolüstü tennis komandası Azərbaycana gəlib
1 dəq oxu

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək Belarusun stolüstü tennis komandası Bakıya gəlib.

Operativ Media xəbər verir ki, 9 nəfərlik heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Əlaqəli Xəbərlər