FİFA 2030-cu il dünya çempionatını 64 komanda ilə keçirmək istəyir
Əziz Əzizli
FİFA 2030-cu il dünya çempionatını 64 komanda ilə keçirmək imkanını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu haqda "Ole" məlumat yayıb.
Mənbənin məlumatına görə, FİFA Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) iştirakçıların sayının artırılması təklifini dəstəkləyib. Qrup mərhələsinin dörd komandadan ibarət 16 qrupdan ibarət olacağı və ilk iki yeri tutanların pley-off mərhələsinə yüksələcəyi gözlənilir.
FİFA artıq dünya çempionatında iştirak edən komandaların sayını 32-dən 48-ə çatdırıb.Bu formatda ilk dünya çempionatı 2026-cı ildə keçiriləcək.
2030-cu il dünya çempionatı iyunun 13-dən iyulun 21-dək İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.
Teqlər:
"F\u0130FA 2030-cu il d\u00fcnya \u00e7empionat\u0131n\u0131 64 komanda il\u0259 ke\u00e7irm\u0259k ist\u0259yir"