Menyu

"Abşeron Lions" Kipr klubuna qalib gəldi

Əziz Əzizli
"Abşeron Lions" Kipr klubuna qalib gəldi
1 dəq oxu

Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Operativ Media xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin 89:73 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

Əlaqəli Xəbərlər