AFFA İntizam Komitəsi Misli Premyer Liqasının V turunda keçirilən oyunlarda yaşanan neqativ hadisələrlə bağlı qərarlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyindən, birincilər 2000 manat cərimələnib.
“Qarabağ”la görüşün 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov 1 oyunluq cəzalanıb, klubunu 500 manat ziyana salıb. Matçın 60-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu, Ağdam klubunu 5000 xərcə salıb.