"Atletiko Madrid"in argentinalı baş məşqçisi Dieqo Simeone rəhbərlik etdiyi komandanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
"Julian Alvarez bizim ən yaxşı oyunçumuzdur. Onun "Atletiko"da uzun illər keçirməsinə əmin olmalıyıq. O, bizə kömək etməlidir, biz də ona daha yaxşı oynamağa kömək etməliyik. Julian oyunun gedişatına təsir edəndə bizə çox kömək edir" deyə Simeone bildirib.
İspaniya çempionatının 6-cı turunda "Rayo Valyekano"nu qəbul edən "Atletiko" Alvarezin het-triki sayəsində 3:2 hesabı ilə qalib gəlib.
Cari La Liqa mövsümündə Alvarez 6 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.