"Çelsi"nin yarımmüdafiəçisi Palmer 2-3 həftə oynaya bilməyəcək

Əziz Əzizli
"Çelsi"nin yarımmüdafiəçisi Palmer 2-3 həftə oynaya bilməyəcək

"Çelsi"nin baş məşqçisi Enzo Mareska yarımmüdafiəçi Koul Palmerin qarşıdakı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, qasıq nahiyəsinin zədələnməsinin qarşısını almaq üçün 23 yaşlı futbolçuya istirahət verilib.

"Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Koula beynəlxalq fasilədən əvvəl növbəti iki-üç həftə istirahət vermək qərarına gəldik, bunun onun 100%-ə qədər sağalmasına kömək edib-etməyəcəyini görmək qərarına gəldik", - Mareska mətbuat konfransında deyib.

2025/26 mövsümündə Palmer "Çelsi"nin heyətində bütün turnirlərdə 4 oyun keçirib və 2 qol vurub.

Digər xəbərlər