17 Oktyabr 2022, 09:51
Ukraynanın Sumı vilayətində partlayış baş verib

Ukraynanın Sumı vilayətinin Romen rayonunda partlayış nəticəsində yüksək əhəmiyyətli infrastruktur zədələnib.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Sumı vilayətinin şəhər administrasiyasının rəhbəri Dmitriy Jivitskiy “Telegram” kanalında məlumat verib.
Xatırladaq ki, bu gün səhər Ukraynanın Kiyev və bir neçə vilayətlərinə hava hücumu olub.