27 Fevral 2023, 19:31
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb şəkil
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

“Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN-in nazir Sergey Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir.

“Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

O da bildirilib ki, hazırda Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır: “Onlardan 1000-i federal büdcə hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. Bakıda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır”.

Son xəbərlər
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək