Ana səhifə / İdman / "Qarabağ"ın kolumbiyalısı 100-ə çatdı "Qarabağ"ın kolumbiyalısı 100-ə çatdı 27.09.2025, 22:07 Əziz Əzizli Azərbaycan Premyer Liqasının 6-cı turu Kevin Medina üçün əlamətdar olub. Operativ Media xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib. Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub. 32 yaşlı orta xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb. Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçudur. Teqlər: "\"Qaraba\u011f\"\u0131n kolumbiyal\u0131s\u0131 100-\u0259 \u00e7atd\u0131"