27 Fevral 2023, 20:49
Xarici işlər nazirinin müavini Elnur Məmmədov BQXK-nın prezidenti ilə görüşüb
Xarici işlər nazirinin müavini Elnur Məmmədov BQXK-nın prezidenti ilə görüşüb şəkil
Xarici işlər nazirinin müavini Elnur Məmmədov BQXK-nın prezidenti ilə görüşüb

27 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, XİN-dən verilən məlumata görə görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq, bölgədə post-münaqişə dövründə humanitar məsələlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.

Nazir müavini Elnur Məmmədov Laçın yolundan sui-istifadə də daxil olmaqla Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı həyata keçirilən və 75 gündən artıq davam edən etirazlar dövründə BQXK ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib.

BQXK şahid olduğu kimi, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət göstərməsinin, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.

Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu nazir müavini tərəfindən diqqətə çatdırılıb.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı