III MDB Oyunları: Azərbaycan 4-cü yerdə qərarlaşıb
Əziz Əzizli
Azərbaycanda III MDB Oyunlarına start verilib.
Operativ Media xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.
Ölkəmiz medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmək) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmək), Yeqor Maynitiski (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.