FİFA penalti zərbələri ilə bağlı qaydaları dəyişmək istəyir

Əziz Əzizli
FİFA penalti zərbələri ilə bağlı qaydaları dəyişmək istəyir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) penalti zərbələri ilə bağlı qaydaları dəyişmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

Mənbəyə görə, qapıçı tərəfindən zərbə dəf edildikdən sonra oyunçulara topu bitirməyə cəhd etmək qadağan edilə bilər. Qapıçı zərbəni uğurla dəf edərsə, qapı zərbəsi təyin ediləcək. Topun qapı dirəyinə və tininə dəydiyi halda nə olacağı hələ aydınlaşdırılmayıb.

Yeni qayda 2026/27 mövsümündə qüvvəyə minə bilər. Ancaq əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir. “Bild”in məlumatına görə, qurum klublar və assosiasiyalarla ilkin məsləhətləşmələrdən sonra təklif olunan qaydanı artıq rədd edib.

Digər xəbərlər