Ana səhifə / İdman / Abdullah Zubir “Qarabağ”dakı 70-ci qolunu vurdu Abdullah Zubir “Qarabağ”dakı 70-ci qolunu vurdu 29.09.2025, 10:30 Əziz Əzizli Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub. Operativ Media xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub. Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib. Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib. Teqlər: "Abdullah Zubir \u201cQaraba\u011f\u201ddak\u0131 70-ci qolunu vurdu"