Bernardo Silva gələn yay Səudiyyə Ərəbistanı klubuna keçə bilər
Əziz Əzizli
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandanı tərk edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Talksports" məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı portuqaliyalı müqaviləsi gələn ilin yayında başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına köçmək imkanını nəzərdən keçirir.
2024/25 mövsümündə Silva 52 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Siti" ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt" onun transfer dəyərini 38 milyon avro olaraq qiymətləndirir.
Teqlər:
"Bernardo Silva g\u0259l\u0259n yay S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 klubuna ke\u00e7\u0259 bil\u0259r"