Menyu

“Sabah” Akademiyasının rəhbər heyətində dəyişiklik – yeni koordinator açıqlandı

Əziz Əzizli
“Sabah” Akademiyasının rəhbər heyətində dəyişiklik – yeni koordinator açıqlandı

“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Operativ Media xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili Masazır təmsilçisinin koordinatoru təyin edilib. 

UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb. 

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, "bayquşlar"ın futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.

Teqlər:

"\u201cSabah\u201d Akademiyas\u0131n\u0131n r\u0259hb\u0259r hey\u0259tind\u0259 d\u0259yi\u015fiklik \u2013 yeni koordinator a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər