13-21 sentyabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı Azərbaycan yığması üçün uğurlu nəticələrlə yadda qalıb.
Operativ Media xəbər verir ki, yığmamız ümumilikdə 8 medal qazanıb: 1 qızıl, 2 gümüş və 5 bürünc. Bu nəticə medalların sayına görə son 10 ilin ən yaxşı göstəricisi olub. Azərbaycan ümumi medal sıralamasında 5-ci yeri tutub.
Komanda nəticələri
Yunan-Roma güləşi – 89 xal, 2-ci yer (ardıcıl 5-ci il ilk “üçlükdə”).
Sərbəst güləş – 83 xal, 4-cü yer (xal sayında rekord, son 10 ilin ən yaxşı göstəricisi).
Azərbaycan həmçinin ardıcıl 8-ci dəfə dünya çempionatında qızıl medal ənənəsini davam etdirib.
Tarixi göstəricilər
Müstəqillik illərində böyüklər arasında dünya çempionatlarında Azərbaycan güləşçiləri ümumilikdə 103 medal qazanıb: 23 qızıl, 36 gümüş, 44 bürünc.
Dünya çempionatlarında medal qazanan idmançılarımızın sayı 53-ə çatıb.
Eldəniz Əzizli qazandığı 7-ci medal ilə Azərbaycan güləşində vahid liderə çevrilib.
Ülvü Qənizadə ardıcıl ikinci dəfə dünya çempionu olaraq tarixi uğura imza atıb.
Zaqreb 2025-də medal qazanan güləşçilər
Ülvü Qənizadə (72 kq) – qızıl
Həsrət Cəfərov (67 kq) – gümüş
Giorgi Meşvildişvili (125 kq) – gümüş
Eldəniz Əzizli (55 kq) – bürünc
Nürəddin Novruzov (61 kq) – bürünc
Arseniy Djioyev (86 kq) – bürünc
Osman Nurmaqomedov (92 kq) – bürünc
Murad Əhmədiyev (97 kq) – bürünc
Azərbaycan dünya çempionatları tarixində ümumi medal sıralamasında 13-cü pillədə qərarlaşıb.