Menyu

Azərbaycanın badminton millisi III MDB Oyunlarında ilk görüşlərini keçirib

Əziz Əzizli
Azərbaycanın badminton millisi III MDB Oyunlarında ilk görüşlərini keçirib
1 dəq oxu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışlarına start verilib.

Operativ Media xəbər verir ki, ilk gündə qarışıq komanda yarışları keçirilib.

A qrupunda Azərbaycan Tacikistana 5:0 hesabı ilə qalib gəlib, Özbəkistana isə uduzub -2:3.

B qrupunda isə millimiz Qazaxıstan və Rusiyaya 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər