"Liverpul"un kapitanı Vircil van Dayk Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Qalatasaray"a məğlubiyyəti (0:1) şərh edib.
Operativ Media xəbər verir ki, o, bu haqda klubun mətbuat xidmətinə danışıb.
"Topla risk etdik və yarımmüdafiədə sərbəst adam tapmağa çalışdıq. Bu, risklidir. Dəfələrlə son xətti keçdik və bəlkə də orada daha yaxşı oynamalıydıq. Həmin anlarda pis qərarlar verdik, onlar bizi təqib etməyə başladılar və təhlükəli oldular. Əminəm ki, yenidən qələbə yollarına qayıdacağıq".
“Qalatasaray” 3 xalla liqada 18-ci yerdədir. "Liverpul" 16-cıdır (3 xal).
Üçüncü turda “Qalatasaray” “Bodo-Qlimt”lə, “Liverpul” isə “Ayntraxt Frankfurt”la qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 22-də baş tutacaq.