Menyu

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Şəfa Hüseynli
MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Operativ Media xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.

Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Teqlər:

"MDB Oyunlar\u0131: Bu g\u00fcn 8 idman n\u00f6v\u00fc \u00fczr\u0259 yar\u0131\u015flar ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər