Elvin Cəfərquliyev: "Bu hekayənin harada bitəcəyini bilmirəm"

Əziz Əzizli
Elvin Cəfərquliyev: "Bu hekayənin harada bitəcəyini bilmirəm"

"Bu hekayənin harada bitəcəyini bilmirəm".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev "Kopenhagen"lə oyundan sonra "TRT Spor" kanalına müsahibəsində deyib.

O, "matçın adamı" seçildiyinə görə qürurlu olduğunu bildirib.

“İlk öncə sizə təşəkkürümü bildirirəm. Bizə göstərdiyiniz diqqətə görə minnətdaram. Buradan bütün türk xalqını və qardaşlarımızı salamlayıram. Matç bizim üçün çox çətin oldu. Şükürlər olsun ki, bu oyunu da qələbə ilə başa vurduq. Biz hər oyuna qələbə üçün çıxırıq. Bu hekayənin harada bitəcəyini bilmirəm. Hazırda çox qürurluyam. “Matçın adamı” seçildim. Bütün türk qardaşlarıma salamlarımı göndərirəm, biz birik”.

Digər xəbərlər